AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ-MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır. 21 fevral 2018-ci il


15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. 15 fevral 2018-ci il


2 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir. 02 fevral 2018-ci il


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda 3 ədəd “VAZ” markalı minik avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması baradə məlumat daxil olmuşdur...


Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin mətbəxində ev əşyaları yanmış və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 6 m2 sahədə ərimişdir...


Qəbələ rayonunda ümumi sahəsi 128 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan talvarın yanar konstruksiyaları yanmışdır...

Ümumi məlumat


Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2007-ci il tarixli, 695 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsı və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi haqqmda Əsasnamə" təsdiq olunmuş və Agentlik bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərməyə başlamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi öz səlahiyyətləri daxilində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, səlahiyyətlərinə aid edilən texniki təhlükəsizlik məsələləri üzrə dövlət nəzarəti flınksiyalarım həyata keçirməklə Nazirliyin digər struktur bölmələri, müvafıq dövlət orqanları ilə birlikdə fövqəladə halların qarşısının alınmasmın təşkilində iştirak edən icra hakimiyyəti orqanıdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı sənaye və dağ- mədən sahələri üzrə işlərin təhlükəsiz görülməsinə nəzarəti həyata keçirir.

 

Sertifikatlaşdırma

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğunluğu baxımından sertifikatlaşdırılmasını, bəzi fəaliyyət növlərinə xüsusi razılıqlarm (lisenziyaların) verilməsini, təhlükə potensiallı obyektlərin dövlət reyestrinin aparılmasını həyata keçirir.

Nəticələrinin aradan qaldırılması

Agentliyin tərkibində fəaliyyət göstərən qurumlardan biri də "İstehsalat Mərkəzi" MMC-dir. Mərkəz fövqəladə halların qarşısınm alınması və nəticələrinin aradan qaldırılması üçün istifadə olunan maşın, mexanizm, avadanlıq, inventarların istehsalı və satışı, həmçinin müvafıq sahədə xidmətlərin göstərilməsini həyata keçirir.

Qiymətləndirmə

Azərbaycan Dövlət Əməyin Mühafızəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu sənaye sahələrində texniki təhlükəsizliyin və əməyin mühafızəsinin təmini üzrə qaydalann, normativ-texniki və metodik sənədlərin, standartların, təlimatların və istehsalat sanitariyası və gigiyienası ilə əlaqədar olan rəhbər səııədlərin işlənib hazırlanması, sənaye, dağ-mədən, tikinti və bütün növ xidmət obyektlərinin qəza hallanndan mühafizə olunma dərəcələrinin müəyyənləşdirilməsi, onlann fiziki müdafıə və qorunma tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi istiqamətlərində fəliyyəti həyata keçirir.

Rəhbərlik haqqında məlumat


Qurbanov Səfər İslam oğlu

Azərbaycan Respublikası FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi.

1950-ci ildə may ayının 14-də Naхçıvan MR-nın Оrdubad şəhərində anadan оlub. Azərbaycan Neft və Kimya Institutunu  bitirib.
Ailəlidir. 

Qəbul günləri:
cümə günü saat 17:00-18:00-dək

Məşədiyev İsmayıl ƏIi Ağa oğlu

Azərbaycan Respublikası FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini.

1951-ci ildə mart ayının 31-də Bakı şəhərində anadan оlub. Azərbaycan Pоliteхnik Institutunu bitirib.
Ailəlidir. 

Qəbul günləri:
hər həftənin bazar ertəsi saat 17:00-18:00-dək

Quluzadə Piri Məmməd Paşa oğlu

Azərbaycan Respublikası FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini.