Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

22 noyabr 2015-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək qapının kilidini açmış və vətəndaşın bağlı qapı arxasından...

21 noyabr 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Samux rayonu, Hacıalılı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 30 ton ot bağlamasının 18 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

21 noyabr 2015-ci il saat 17:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə termometr sınmış və daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi...

21 noyabr 2015-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Binəqədi rayonunda mənzildə 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək mənzilin giriş qapısını açmış və azyaşlını valideyinlərinə...

21 noyabr 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Günəşli kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə və içərisində yığılmış 15 ton ot bağlamasının 2 tonu yanmışdır.

21 noyabr 2015-ci il saat 01:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "Vaz" markalı minik avtomobilinin yanar hissələri yanmışdır...

20 noyabr 2015-ci il saat 23:50-dək, ilkin məlumata əsasən:

Quba rayonu, Xınalıq kəndində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 140 kv.m olan birmərtəbəli mansard tipli kotecin mansardının yanar konstruksiyaları yanmışdır.

20 noyabr 2015-ci il saat 21:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərində mənzildə 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. 

20 noyabr 2015-ci il saat 17:35-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan bir mərtəbəli 3 otaqlı evin mətbəxtində 5 kv.m sahədə mətbəxt mebeli yanmış və yüksək temperaturdan "Samsung” markalı kondisioner ərimişdir.

20 noyabr 2015-ci il saat 17:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr