Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 dekabr 2015-ci il saat 20:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədiylə özünü dənizə atmış və boğulmaq təhlükəsi ilə üzləşmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilmiş və vətəndaş xilas...

14 dekabr 2015-ci il saat 20:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və...

14 dekabr 2015-ci il saat 18:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə  daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometr sınmış və daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi...

14 dekabr 2015-ci il saat 17:30-dək, ilkin məlumata əsasən:

Oğuz rayonu, Qarabaldır kəndində vətəndaşa məxsus ümumi sahəsi 356 kv.m olan birmərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 178 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

14 dekabr 2015-ci il saat 07:00-dək, ilkin məlumata əsasən:

Ağdam rayonu, Kəlbəhüseynli kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır.

14 dekabr 2015-ci il saat 04:30-dək, ilkin məlumata əsasən:

Sabirabad şəhərində vətəndaşlara məxsus "HYUNDAI" və "MERCEDES" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdir.

13 avqust 2015-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

13 dekabr 2015-ci il saat 20:45-dək, ilkin məlumata əsasən:

Lerik rayonu, Tatoni kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır.

13 dekabr 2015-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Qax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanmışdır.

13 dekabr 2015-ci il saat 08:40-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Qarasaqqal kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 8 tonu yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr