Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

04 iyul 2015-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Çələbilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 182 kv.m olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

04 iyul 2015-ci il saat 08:20-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Ulacalı kəndində (rayon mərkəzindən 14 km aralı) bələdiyyəyə məxsus ərazidə 18 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. 

04 iyul 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Əliqasımlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 24 kv.m sahədə 

04 iyul 2015-ci il saat 01:40-dək, ilkin məlumata əsasən:

Ağstafa rayonu, Soyuqbulaq kəndində bələdiyyəyə məxsus ərazidə 60 ha quru ot yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahəsi yanğından mühafizə olunmuşdur.

03 iyul 2015-ci il saat 22:10-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonu, Avşar kəndində bələdiyyəyə məxsus ərazidə 300 ha sahədə kol-kos və quru ot yanmışdır. Yaxındakı tikililər yanğından mühafizə olnmuşdur.

03 iyul 2015-ci il saat 21:30-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Qaracəmirli kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 25 ton ot bağlamasının 5 tonu yanmışdır.

03 iyul 2015-ci il saat 21:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1 nəfərin axtarışlarına 

03 iyul 2015-ci il saat 21:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. 

03 iyul 2015-ci il saat 18:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xəzər rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) 

03 iyul 2015-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr