Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

12 avqust 2015-ci il saat 08:40-dək, ilkin məlumata əsasən:

Tovuz rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4.5 ton ot tayasının 1.5 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur...

12 avqust 2015-ci il saat 08:15-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Garış-Əyrıbənd kəndində (rayon mərkəzındən 29 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 660 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları  360 kv.m sahədə və yaxınlıqda yerləşən ümumi sahəsi 240 kv.m olan tikilinin altına yığılmış 90 ton ot...

12 avqust 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

12 avqust 2015-ci il saat 00:40-dək, ilkin məlumata əsasən:

Siyəzən rayonu, Sadan kəndində (rayon mərkəzindən 10 km aralı) 5 ha sahədə quru ot və kol-kos yanmışdır...

11 avqust 2015-ci il saat 20:30-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Buravar kəndində (rayon mərkəzindən 55 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizi olunmuşdur...

11 avqust 2015-ci il saat 18:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır...

11 avqust 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Maştağa qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 2 kv.m olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları və 300 kv.m sahədə quru ot yanmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

11 avqust 2015-ci il saat 17:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir...

11 avqust 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

11 avqust 2015-ci il tarixdə günota saatlarında Nizami rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 5-ci mərtəbəsinin sakini olan qadın intihara cəhd etmişdir. Bu zaman təsadüfən hadisənin şahidi olmuş FHN Mülki müdafiə qoşunlarının zabitləri qonşu mənzilin eyvanından istifadə edərək qadın olan eyvana...

11 avqust 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 15:40-da başa çatmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr