Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

11 sentyabr 2015-ci il saat 23:45-dək, ilkin məlumata əsasən:

İmişli rayonu, Mürsəlli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur.

11 sentyabr 2015-ci il saat 23:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...

11 sentyabr 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır...

11 sentyabr 2015-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda, Elmlər Akademiyasına məxsus "Nəbatət" bağının ərazisində 2 ha sahədə  quru ot yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur...

11 sentyabr 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Nəsimi kəndində (rayon mərkəzindən 14 km aralı), vətəndaşa məxsus “QAZ-53” markalı, yük avtomobilinin mühərrik hissəsi və kabinəsi yanmışdır... 

11 sentyabr 2015-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Quba rayonu, Birinci Nügədi kəndində vətəndaşa məxsus 2 ton ot bağlamasının 1 tonu yanmışdır...

11 sentyabr 2015-ci il saat 12:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır...

11 sentyabr 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Ağstafa rayonu, Yuxarı Göycəli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha sahədə kol-kos yanmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

11 sentyabr 2015-ci il saat 04:00-dək, ilkin məlumata əsasən:

Şəki rayonu, Dərəcənnət kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 32 ha sahədə kol-kos və quru ot yanmışdır. Yaxınlıqdakı qonşu ərazilər yanğından mühafizə olnmuşdur. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

10 sentyabr 2015-ci il saat 23:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr