Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

26 yanvar 2016-cı il saat 02:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

26 yanvar 2016-cı il saat 01:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Qaradağ rayonunda “MEYVƏLİ” ticarət mərkəzinin ümumi sahəsi 4 kv.m olan gözətçi köşkü, yaxınlıqda dayanmış 2 ədəd "Kamaz" markalı yük avtomobilinin birinin banının taxta üzlüyü 1 kv.m, banına yığılmış 7,5 ton

25 yanvar 2016-cı il saat 22:05-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan "KOSMOPOLİTAN" kafesinin mətbəxində elektrik naqilləri 2 p.m yanmışdır.

25 yanvar 2016-cı il saat 19:40-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış kartonlar yanmışdır.

25 yanvar 2016-cı il saat 18:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinə, Qəbələ rayonu, Laza kəndinə yağan güclü qar nəticəsində yolda 1 avtomobilin sürüşərək yolun kənarına düşməsi barədə məlumat daxil olmuşdur.

25 yanvar 2016-cı il saat 14:50-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Qarabaldır kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş vermişdir.

25 yanvar 2016-cı il saat 12:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olmuşdur.

25 yanvar 2016-cı il saat 10:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

25 yanvar 2016-cı il saat 07:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan bir dam altında tikilmiş mətbəx və hamamın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

25 yanvar 2016-cı il saat 01:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda “DELFİN” MMC-yə məxsus ərazidə ümumi sahəsi 97 kv.m olan taxta konstruksiyadan ibarət kottecin içərisində yerləşən saunanın tavanı ...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr